Qaraciyər xəstəlikləri
Qaraciyər xəstəliklərinin çoxu erkən mərhələdə əlamət vermir və ilk dəfə adi qan analizində — fermentlərin yüksəlməsi şəklində — aşkarlanır. Hepatit, qaraciyər piylənməsi, fibroz və sirroz üzrə qiymətləndirmə və izləmə.
Nədir?
Qaraciyər və öd yolları xəstəliklərinin diaqnostikası və izlənməsi — hepatit, piylənmə, fibroz, sirroz.
Kimlər üçün?
Qaraciyər fermentləri yüksək çıxan, hepatit nəticəsi aydın olmayan və ya USM-də dəyişiklik qeyd olunan xəstələr üçün.
Risklər?
Qaraciyər uzun müddət səssiz zədələnə bilər; buna görə analizdəki dəyişikliyi nəzərə almamaq düzgün deyil.
Nə vaxt müraciət etməli?
- Davamlı yorğunluq, sağ qabırğaaltı ağırlıq
- Dərinin və gözlərin saralması
- Qaraciyər fermentlərinin (ALT, AST) yüksəlməsi
- USM-də qaraciyərdə dəyişiklik
Müalicə yanaşması
Qəbulda ilk iş diaqnozun dəqiqləşdirilməsidir. Fermentlərin yüksəlməsinin onlarla səbəbi ola bilər və müalicə səbəbdən asılıdır — bəzən əvvəlcə səbəbi tapmaq lazımdır. ALT/AST, bilirubin, hepatit markerləri, USM və göstəriş olduqda elastoqrafiya istifadə olunur.
Digər xidmətlər